“Ölümə qənşər”

 

Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmin təqdimatı

 

Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Qəhrəmanlar Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında bədii-sənədli filmin təqdimatı keçirilib.

Qəhrəmanların ailə üzvlərinin, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş mərd oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər müstəqil respublikamızın düşməndən qorunmasında oğul və qızlarımızın göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Sonra “İZ Production” studiyası tərəfindən çəkilmiş filmin nümayişi olub. Ekran əsərində Qazax Ağstafada doğulub boya-başa çatmış üç igidin döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin qohumlarının xatirələrinə yer verilib.

 

Mədəniyyət.- 2015.- 5 avqust.-S. 4.