Azərbaycanlı alimin Britaniyada kitabı çap olunub

 

Azərbaycan Dillər Universitetinin (ADU) xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Şahin Xəlillinin Böyük Britaniyanın "Rossendale Books" kitab evində "Ürək şəkilli yarpaqlar: aforizmlər, adaptasiyalar, improvizasiyalar esselər" adlı kitabı çap olunub.

Kitaba rəy verən Harvard Universitetinin müqayisəli dünya ədəbiyyat kafedrasının müdiri, professor Deyvid Damroş azərbaycanlı müəllifin aforizmlər toplusunu XX əsr Britaniya Amerika şairi, yazıçı tənqidçisi Uistan Hyu Odenin "Ümumi dəftər" kitabı kimi unikal bir toplu kimi səciyyələndirib.

Kitabın ikinci rəyçisi filologiya üzrə fəlsəfə doktoru F.Aleksander Magill isə müəllifin ingilis dilində yazdığı əsərini, hər şeydən əvvəl, onun ədəbiyyata sevgi dolu baxışının bədii ifadəsi kimi dəyərləndirib.

Azərbaycanlı alim kitabın çapa hazırlanmasında ona tövsiyələrini verən şotland əsilli Britaniya tədqiqatçı alimi F.Aleksander Magill azərbaycanlı həmkarı Fialə Abdullayevaya təşəkkürünü bildirib.

Şahin Xəlilli "Yerin ulduzları. Uşaqlar üçün şeirlər", "Ürəyimdən keçənlər" şeirlər kitabının, "Ceyms Oldric Azərbaycan" monoqrafiyasının, "Ədəbi əlaqələr işığında", "Azərbaycan-ingilis ədəbi əlaqələri. Folklor materialları əsasında" s. kitabların müəllifidir. “Britaniya adalarının xalq nağılları"nı, ingilis yazıçısı Ceyms Moriyerin "İsfahanlı Hacıbabanın macəraları" romanını (Zakir Səfəroğlu ilə birlikdə) dilimizə tərcümə edib.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 15.