ALİSA proqramının tətbiqi ilə bağlı növbəti treninq

 

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil olunub.

Kitabxanadan bildirilib ki, avqustun 10-da başlanan treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcabədi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də proqramda vərdişlərini mənimsəyəcəklər.

Milli Kitabxananın direktoru Kərim Tahirov treninqin kitabxananın və УUltraФ şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən prosesləri ilə yaxından tanış olacaq, yeni üsullarını, yeni xidmət növlərini əyani izləyəcəklər. Sonda müdavimlər sertifikatla təmin olunacaqlar.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 13.