Yurdum, yuvam məskənimsən, Azərbaycanım

 

Lənkəranda Yurdum, yuvam məskənimsən, Azərbaycanım devizi altında keçirilən mədəni-kütləvi tədbirlərin davamı olaraq avqustun 8-də rayonun Bala Şürük sənətkarlıq klubunun qarşısında növbəti konsert keçirilib. Konsert proqramı tamaşaçıların alqışları altında Azərbaycan mahnısının sədaları ilə başlayıb. Stamurdov diyarşünaslıq, Viyən yaradıcılıq, Tütəpeştə, Bala Şürük, Vel sənətkarlıq klublarının, Şıxəkəran folklor və Aşağı Nüvədi sənətkarlıq evlərinin bədii özfəaliyyət kollektivləri vətənpərvərliklə bağlı musiqi və bədii qiraət nömrələri təqdim ediblər.

* * *

Silsilə tədbirlər çərçivəsində avqustun 15-də rayonun Bürcəli kəndində növbəti mərasim təşkil olunub. Tədbirdə ölkəmizin inkişafı, xüsusilə gənclərin vətənpərvərlik ruhunda yetişməsində mədəni-maarif müəssisələrinin rolundan söhbət açılıb. Bədii qiraət ustaları Səməd Vurğunun "Azərbaycan" şeirini ifa ediblər. "Azərbaycan - ana Vətən, yurdum oy!" və "Azərbaycan deyəndə" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Konsertdə Mamusta folklor, Hirkan və Bürcəli yaradıcılıq evlərinin, Daşdalıqjar, Səpnəkəran, Alazəpin, Xanbulan kənd sənətkarlıq və Daşdatük, Biləsər kənd diyarşünaslıq klublarının bədii özfəaliyyət kollektivləri iştirak ediblər. Bütün ifalar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 10.