İsmayıllıda konsert proqramı

 

Avqustun 12-də İsmayıllı şəhərindəki Heydər Əliyev adına parkda Mədəniyyət və Turizm

Nazirliyirayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunub.

Rayon ictimaiyyətinin asudə vaxtının səmərəli təşkili məqsədilə hazırlanan proqramda Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Əməkdar artist Səbuhi İbayev, muğam müsabiqəsinin laureatı Kəmalə Nəbiyeva, müğənni Vaqif Şıxəliyev bir-birindən maraqlı ifalar təqdim ediblər.

Xanəndələrin ifası tamaşaçıların ruhunu oxşayıb, sürəkli alqışlarla qarşılanıb. İctimaiyyət nümayəndələri konsertə görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 10.