Balacaların nağıllar aləmi

 

Avqustun 14-də Zərdab rayon Mərkəzi kitabxanasında uşaqların sevincinə səbəb olan tədbir keçirilib. 2 saylı körpələr evi-uşaq bağçasının fidanları kitabxananın uşaq şöbəsində yenicə təşkil olunmuş “Nağıl otağı”nın ilk qonaqları olublar. Doyunca deyib-gülən, oynayan uşaqlar Zemfira, Mehparə və Nisə nənənin nağıllarını çox bəyəniblər. MKS-nin direktoru Nailə Əliyeva bütün uşaqları “Nağıl otağı”na dəvət edib: “Gəlin, nağıl dünyamızın “biri vardı, biri yoxdu” sehrinə sizdüşün, nağıl dünyamızın qonağı olun”.

 

* * *

 

Avqustun 10-da Neftçala rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində “Nağıl otağı”nın açılışı olub. Mərasimdə 3 saylı uşaq bağçası-körpələr evinin balaca fidanları iştirak ediblər. MKS-nin direktoru E.Kazımova iştirakçıları salamlayaraq körpələrin bu məkanda xoş saatlar keçirəcəyini bildirib. Uşaqlar otaqla tanış olduqdan sonra ömrünün 50 ilini kitabxanaya həsr edən R.Piriyeva körpələrə “Ayının yuxusu” və “Üç oğul” nağıllarını danışıb. Sonda balacalar Azərbaycan cizgi filmlərinə baxıblar.

 

Mədəniyyət.-  2015.- 19 avqust.- S. 10.