Azərbaycanda Koreya kinosu festivalı başa çatdı

 

Festivalın son mərhələsi Qəbələdə gerçəkləşib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA), Koreya Fondunun təşkilatçılığı Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə iyulun 6-dan avqustun 15-dək respublikamızın regionlarında Koreya kinosu festivalı keçirilib.

 

Festivalın son mərhələsi Qəbələ rayonunda gerçəkləşib.

Avqustun 15-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində festivalın rəsmi bağlanış mərasimi olub. Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova çıxış edərək Koreya kinosu festivalının müvəffəqiyyətlə başa çatması münasibətilə təbriklərini çatdırıb, tədbirin əhəmiyyətindən danışıblar.

Məlumat verilib ki, ölkəmizin 5 regionunda - Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş Qəbələdə Koreya filmləri göstərilib. Festivalda fəlsəfi, psixoloji, ictimai-siyasi əhəmiyyətinə görə xüsusi dəyərə malik 10 Koreya filmi nümayiş etdirilib. Bütün filmlər SEBA-nın dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. Festival Azərbaycan tamaşaçılarına Koreya mədəniyyəti insanları ilə daha yaxından tanışlıq imkanı yaradıb. Ümumilikdə filmləri 21 minə yaxın tamaşaçı izləyib.

SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova qeyd edib ki, festivalın bağlanış mərasiminin Qəbələdə keçirilməsi təsadüfi deyil. Azərbaycanın qədim mədəniyyət paytaxtı Qəbələ artıq mötəbər beynəlxalq toplantılara, mədəniyyət tədbirlərinə, musiqi festivallarına, sərgi konfranslara, eyni zamanda idman yarışlarına uğurla ev sahibliyi edir. Mədəniyyət millətin, xalqın vizit kartıdır, - deyən Ruhəngiz Heydərova ulu öndər Heydər Əliyevin mədəniyyətimizin, incəsənətimizin, eləcə kino sənətinin qorunması inkişafındakı tarixi xidmətlərini minnətdarlıqla xatırladıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin mədəniyyətə diqqət qayğısı sayəsində milli kinomuz da inkişaf edir.

SEBA Assosiasiyasının sədri Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlərindən danışıb, ölkəmizdə Koreya kinosu festivalının yüksək səviyyədə reallaşmasına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib. O, həmçinin Koreya Fonduna Koreya Respublikasının ölkəmizdəki səfirliyinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Tədbirdə Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev çıxış edərək, kino mədəniyyətinin inkişafı təbliği üçün bu cür festivalların keçirilməsinin vacibliyindən danışıblar.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn çıxışında iki ölkənin milli mənəvi dəyərlərindən bəhs edib, son illər qarşılıqlı əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov festivalı mühüm mədəniyyət hadisəsi kimi dəyərləndirib. O deyib ki, bu festivalda nümayiş etdirilən bir-birindən maraqlı filmlər Azərbaycan tamaşaçısına Koreya xalqının tarixi, mədəniyyəti, adət-ənənələri ilə tanışlıq imkanı qazandırıb.

Çıxışlardan sonra koreyalı rejissor Lee Hyun-jong-un 2013-cü ildə çəkdiyi Məni həbs et filmi nümayiş etdirilib.

Festivalın sonunda tədbir iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr, eyni zamanda Koreya Fondu tərəfindən Koreyanın mədəniyyətini tarixini özündə əks etdirən videodisklər təqdim olunub.

Mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət, ədəbiyyat kino xadimləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 6.