Natiq ritm qrupu”nun möhtəşəm konsert proqramı

 

Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyiNatiq ritm qrupupaytaxtdakıYaşıl teatr”da konsert proqramı ilə çıxış edib.

KEvents group”un təşkilatçılığı ilə keçirilən konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müxtəlif milli musiqi ritmlərinin səsləndirildiyi proqramda biri-birindən maraqlı xarici ritmlər yer alıb.

Əməkdar artist, skripka ifaçısı Səlim Abbasovun da onlarla birlikdə nağara ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub.

O, konsertə gələn insanları salamlayaraq deyib: “Ritm bizə babalarımızdan qalıb. Bizim borcumuz onu yaşadıb, gələcək nəslə ötürməkdir. Ritm varsa, yaşamaq da var. Bizi izləməyə gələn xalqımın sevgisini, alqışını görüb, nağara ifa etmək həvəsim daha da artır”.

Qeyd edək ki, indiyədək bir sıra tədbirlərdə böyük maraqla çıxış edənNatiq ritm qrupu” 2001-ci ildə yaradılıb.

 

Mədəniyyət .- 2015.- 19 avqust.- S. 7.