Qut-İmmlinq opera festivalında növbəti uğur

 

Opera Balet Teatrının simfonik orkestri Almaniyaya səfərdən qayıdıb

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının simfonik orkestri avqustun 4-dən 11-dək Almaniyada səfərdə olub. Kollektiv Bavariya əyalətində keçirilən XIX Qut-İmmlinq opera festivalında uğurla çıxış edib.

 

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Mirzəyeva qəzetimizə açıqlamasında bildirib ki, Qut-İmmlinq festivalına bütün dünyadan klassik musiqi həvəskarları toplaşır bu tədbirə məşhur solist musiqi kollektivləri dəvət olunur: Festival Avropada ilin əsas mədəni hadisələrindən biri sayılır. Festivalın musiqi rəhbəri baş dirijoru baronessa Korneliya Kerssenbrok haqqında bizim mətbuatda çox yazılıb. O, teatrımızda dəfələrlə tamaşaları idarə edib teatrın professional səviyyəsini yüksək qiymətləndirir. Almaniyalı musiqi mütəxəssisi həm bizim ölkəmiz haqqında hər zaman böyük məhəbbətlə bəhs edir məhz o, musiqiçilərimizin festivala dəvət olunmasının təşəbbüsçüsüdür.

Avqustun 9-da baş tutan qala-konsert zamanı əsas təşkilatçı Lüdviq Bauman vacib bir məqamı qeyd edib. O bildirib ki, ənənəyə uyğun olaraq festival iştirakçılarının tərkibi hər il dəyişsə , Azərbaycan orkestri bu tədbirə mütləq şəkildə dəvət alıb: Bu ilk növbədə orkestrin yüksək professionallığı ümumiyyətlə Azərbaycanda akademik sənətin inkişaf səviyyəsinin parlaq nümunəsidir. İkincisi isə, təkcə keçmiş sovetlər məkanında deyil, həm dünyada mədəni, iqtisadi siyasi cəhətdən çox maraqlı bir ölkə kimi Azərbaycana festivalın təşkilatçıları alman ictimaiyyətinin xüsusi rəğbətini nümayiş etdirir. Həyat yoldaşım mən hər il Azərbaycana gəlib-gedirik. Ölkənin gözəl təbiəti, qədim tarixi mədəni abidələrlə zənginliyi son illərdə buraya güclü turist axınına səbəb olub. Mən festivalın bütün qonaqlarını bizdən nümunə götürməyə, Azərbaycana getməyə, bütün deyilənləri öz gözləri ilə görməyə səsləyirəm.

Qala-konsertdə gənc istedadlı dirijor Əyyub Quliyevin idarə etdiyi orkestr tamaşaçılara Qərbi Avropa bəstəkarının əsərləri ilə yanaşı, Azərbaycan klassik musiqisinin ən parlaq nümunələrini - Qara Qarayevin Yeddi gözəl baletindən valsı, Fikrət Əmirovun Min bir gecə baletindən Şəhrizadın bayramı hissəsini, Niyazinin Qaytağısı Qara Qarayevin Pavanasını təqdim edib.

Konsertdə gənc dirijor - Xalq artisti, professor Polad Bülbüloğlunun oğlu Murtuza Məmmədovun çıxışı da maraqla qarşılanıb. Polad Bülbüloğlunun məşhur Azərbaycan mahnısı Qaetano Donisettinin Sevgi şərbəti operasından parça xüsusi alqış doğurub.

Konsertdən sonra festivalın təşkilat komitəsi fəxri qonaqlar simfonik orkestrimizin çıxışına yüksək qiymət verərək, təşəkkürlərini bildiriblər, Bakı ölkəmiz haqqında xoş sözlər söyləyiblər. Orkestr növbəti ildə artıq 9-cu dəfə keçiriləcək festivala dəvət alıb. Bu, təkcə orkestrin teatrın deyil, Azərbaycan incəsənətinin uğuru, ölkəmizin təbliği deməkdir.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 5.