Onun atası” bədii filminin çəkilişləri başlanıb

 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişləri başlanıb.

Psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 4.