Səyahət həvəskarları üçün

 

Azərbaycanda səyahət və turizmlə bağlı yeni sosial şəbəkə fəaliyyətə başlayacaq. “Synergy Partnershipin verdiyi məlumata görə, “Hipassengeradlanan sosial şəbəkə səyahət həvəskarlarına səyahət zamanı yeni yol yoldaşı tapmaq imkanı verəcək. Bunun üçün yalnız “Hipassenger” proqramını yükləmək və planlaşdırdığınız səfərin tarixini qeyd etmək lazımdır.

Hipassenger” vasitəsilə insanlar səyahət zamanı ən azı bir ortaq yönü olan insanları tapıb əlaqə yarada və maraqlı olan istənilən şəxsin profilinə baxa və söhbətə başlaya bilərlər. Bundan başqa, “Facebook” hesabı ilə qeydiyyatdan keçə və bu şəbəkədə dostları ilə səyahət məlumatları paylaşa bilərlər.

Sosial şəbəkə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2012-ci ildə yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə reallaşıb.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 9.