Qərib məzarlar

 

Əlimərdan bəy Topçubaşov haqqında film çəkilir

 

Bakı Media Mərkəzi Qərib məzarlar şərti adlı layihə üzərində işləyir. Bu barədə mərkəzin Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Sənədli film görkəmli ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin taleyinə həsr olunub.

Məlum olduğu kimi, nümayəndə heyətinin gərgin və fədakar əməyi sayəsində 1920-ci ilin yanvarında Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınıb, lakin həmin ilin aprelində Rusiyanın 11-ci Qızıl ordusunun müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət bolşeviklərə təhvil verilib. Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Vətənə dönə bilməyiblər. Onlar ömürlərinin sonuna qədər də Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb, bu yolda hər cür məhrumiyyətə dözüblər.

Paris, Moskva, PeterburqTbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi əbədi ezamiyyət əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.

Bundan başqa, layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də buya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 7.