Dərbənd Azərbaycan Dram Teatrı Türkiyədə festivalda təmsil olunub

 

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Bartın şəhərində keçirilən "İNKUMU-2015" teatr festivalında təmsil olunub.

Müxtəlif teatrlardan 17 qrupun - ümumilikdə 80-dən çox iştirakçının qatıldığı festivalda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Yadulla Haşimov türkiyəli həmkarı Rasim Aşınla "Qonşu teatrlar" adı altında seminar keçirib. Aktyorrejissor sənəti üzrə ustad dərsləri keçən teatrın baş rejissoru Toğrul Kamalov tamaşaçılar qarşısında iki kiçik səhnə əsəri ilə çıxış edib. Çıxışlar tamaşaçılar və festival iştirakçıları tərəfindən maraqla qarşılanaraq yüksək qiymətləndirilib.

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 7.