Milli Kitabxanada treninqlər başa çatıb

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının treninq mərkəzində "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində keçirilən "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" treninqi başa çatıb.

Kitabxanadan bildirilib ki, bu münasibətlə təşkil olunan tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışıb. O, treninqlərin səmərəli olması üçün Milli Kitabxananın və УUltraФ şirkətinin əməkdaşlarının ciddi çalışdığını qeyd edərək, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.

Treninq çərçivəsində dinləyicilər Milli Kitabxanada yeni üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 6.