Onun atasıfilminin çəkilişləri davam edir

 

Qarabağ müharibəsinin faciələri bir jurnalist ailəsinin fonunda təqdim olunur

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasındaOnun atasıadlı qısametrajlı bədii filmin çəkilişləri davam edir.

Filmdə Qarabağ müharibəsi, torpaqlarımızın işğalı bu müharibənin yaratdığı fəsadların insanların həyatına təsirindən bəhs olunur. Müharibənin doğurduğu çətinliklər, faciələr bir jurnalist ailəsinin fonunda təqdim olunur.

Ekran əsərinin ssenari müəllifi quruluşçu rejissoru Zamin Məmmədovla çəkiliş meydançasında görüşüb, film haqqında söhbətləşdik.

Rejissor qeyd edir ki, Qarabağ münaqişəsi xalqımızın yaddaşında dərin psixoloji iz qoyub: “Ərazilərin işğalı, minlərlə vətəndaşımızın şəhid olması, bir milyondan artıq insanın öz doğma yurd-yuvalarından didərgin düşməsi xalqımız üçün sağalmaz yaraya çevrildi. “Onun atasıfilmində həmin faciələri göstərməyə çalışacağıq”.

Filmin bütün çəkilişlərinin Bakıda olacağını deyən Zamin Məmmədov ekran əsərini bir ay yarım müddətə təhvil verməyi planlaşdırdıqlarını bildirdi. Filmin xronometrajının 18-25 dəqiqə olacağı gözlənilir.

Qeyd edək ki, “Onun atasıfilmində hadisələr Bakıda cərəyan edir. Qarabağa ezam olunan filmin baş qəhrəmanından - jurnalistdən iki aydır xəbər gəlmir. Jurnalist qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır. Geridə onun həyat yoldaşı azyaşlı oğlu qalır.

Filmdə bir millətin bir ailənin faciəsi fonunda qürurlu, dözümlü, mərd bir qadın - ana obrazı əksini tapır. Film ananın azyaşlı oğlunun ailə başçısı - atanın vətən uğrunda faciəli ölümünü mətanətlə qəbul etməsi, həyat davam edir, təki vətən sağ olsun fikri ilə yekunlaşır. Elə bu fikir onlara mənəvi dayaq olur.

Psixoloji dram janrında olan ekran əsərinin ssenari müəllifi quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza digərləri canlandırırlar.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 21 avqust. - S. 5.