Nizami Kino Mərkəzində yeni filmlər

 

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan Fantastik dördlük, Almaniya, Belçika, Lüksemburqİrlandiya kinematoqrafçılarının Vay... Nuh getdi! cizgi filmi və Türkiyənin Dəccal filmlərinin nümayişinə başlanılıb.

Rejissor Coşua Trankın ekranlaşdırdığı "Fantastik dördlük" filmi fantastika, döyüş, və macəra janrındadır. Rolları Maylz Teller, Maykl B. Cordan, Keyt Mara, Ceymi Bell, Tobi Kebbel, Req E.Keti, Tim Bleyk Nelson, Coşua Montes, Den Kastellaneta, Ouen Cac və digər aktyorlar oynayır.

Rejissorlar Tobi QenkelŞon MakKormakın çəkdikləri "Vay... Nuh getdi!" cizgi filmi komediya və macəra janrındadır. Filmdə Dermot Meqennis, Kallum Maloni, Tara Flinn, Ava Konnolli, Pol Taylak, Alan Stenford, Eylin Miten, Karla Beker, Fransiska Freide, Patrik Fitssimons başqaları çəkiliblər. AF Media şirkəti qorxu dəhşət janrında çəkilmiş "Dəccal" filmini təqdim edir. Kinolentin rejissoru Özgür Bakar, ssenari müəllifləri Alper Kıvılcım Özgür Bakardır. Rolları Öznur Serçeler, Bulut Köpük, Duyqu Paracıkoğlu, Sait Genay, Aysan Sümercan, Beril Atahan, Aykut Engin, Mahmut Göde başqaları canlandırıblar.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 16.