Altay qızıl beşikdir beynəlxalq ekspedisiyası başa çatıb

 

Şərqi Qazaxıstan vilayətinin Katon-Karaqay rayonu ərazisindəki Karakaba düzənliyində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən Altay qızıl beşikdir adlı birinci beynəlxalq arxeoloji ekspedisiya başa çatıb.

Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə avqustun 19-dan 21-dək davam edən ekspedisiyanın işində A.Marqulan adına Arxeologiya İnstitutu, Qırğızıstan-Türkiyə Manas UniversitetiXoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mütəxəssisləri, xariciyerli KİV nümayəndələri iştirak ediblər. Üçgünlük ekspedisiyada Azərbaycanı ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi əməkdaşı Tahir Şahbazov təmsil edib.

Karakabedə dörd kompleks dəfn yeri aşkar edən arxeoloqlar yeni artefaktlar tapıblar. Beynəlxalq Türk Akademiyasının alimləri qədim türk dövrünə aid olduğu təxmin edilən bu tapıntıları öyrənməyə davam edəcəklər.

Xarici qonaqlar bütün türk xalqlarının qızıl beşiyi adlandırılan Altaya ekspedisiya barədə təəssüratlarını və fikirlərini bölüşüblər. Akademiyanın kitabxanasında keçirilən yekun iclasında Bumın xaqan, Bilgə xaqan, habelə Gültəkinin dərin iz qoyduqları Monqolustanda gələn il ekspedisiya keçirmək barədə qərar qəbul edilib. Monqolustandakı Şivet Ulan kompleksində tədqiqat işlərini davam etdirmək barədə də razılıq əldə olunub. Akademiyanın prezidenti Darhan Kıdralı bildirib ki, beynəlxalq ekspedisiya hər il ənənəvi formatda keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 6.