Lənkəran kəndlərində konsert proqramları

 

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət mərkəzinin УYurdum, yuvam, məskənimsən - Azərbaycanım!Ф devizi altında keçirdiyi silsilə tematik-konsertlər davam edir. Növbəti konsert proqramları rayonun Nərimanabad və Şağlaser kəndlərində təşkil olunub.

Nərimanabad Folklor evinin qarşısında keçirilən konsertdə 300 nəfərdən çox tamaşaçı iştirak edib. Hüseyn Nurizadə, Elməddin Əkbərov, Elgün Əlizadə və Kənan Cabbarlının ifasında səslənən mahnılar, Boladi Folklor evinin rəqs qrupunun ifasında təqdim edilən rəqslər tamaşaçıların ürəyincə olub.

Şağlaser Sənətkarlıq evinin qarşısında keçirilən konsertdə isə 80 yaşlı xanəndə Yəhya Hətəmovun oxuduğu muğam və təsniflər sürəkli alqışlarla qarşılanıb. Müğənnilər Rəhim Hüseynov, Sabir Tağıyev, Əli Əkbərov və Eldəniz Qasımovun ifa etdiyi mahnılar tamaşaçıların könlünü oxşayıb.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 6.