Fikrət Qocanın 80 illiyi münasibətilə kitab sərgisi

 

Avqustun 24-də M.F.Axundzadə adına Milli Kitabxanada çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri, Xalq şairi Fikrət Qocanın anadan olmasının 80 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, “Fikrət Qoca-80" adlı sərgidə şairin Azərbaycan və xarici dillərdə çap olunmuş kitabları, haqqında yazılmış, "ön söz" yazdığı, redaktə etdiyi kitablar nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 5.