Beş film - beş ümid

 

Kinoseans

"4.1 şəhər motivləri" kinoalmanaxına daxil olan filmlər ideya-sənətkarlıq cəhətdən maraqlı ekran əsərləridir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinosu Günü bu il də, ənənəyə uyğun olaraq yeni ekran əsərinin premyerası ilə yadda qaldı. Bu dəfə tamaşaçılara C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan “4.1 şəhər motivləri" kinoalmanaxı təqdim olundu.

 

Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı bədii filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyiGeniş baxış" ssenari müsabiqəsinin qalibi olan layihəyə "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "Yuxarıda və aşağıda" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir. Kinoalmanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Filmlər müəlliflərin Azərbaycanda ilk işləri olsa da, insanı düşündürən, müasir kinematoqrafiyanın tələblərinə cavab verə biləcək ekran əsərləridir. Eyni zamanda Azərbaycan kinosunun sabahına ümidlə baxmağa imkan yaradır, müasir gənc rejissorkino mütəxəssislərinin püxtələşməsi yolunda atılan addımların səmərəsini nümayiş etdirir.

Həyat göründüyü kimi...

 

Rejissor Teymur İsmayılovun lentə aldığı “Yuxarıda və aşağıda” filmi gənc fəhlənin həyat hekayətindən bəhs edir. Bu gənc, kasıb, eyni zamanda qürurlu oğlanın öz arzuları, düşüncələri var. Bütün çətinliklərə baxmayaraq, o, şəxsiyyətini, mərdliyini qoruya bilir. Sosial mövzuda olan film rejissorun mesajını asanlıqla ötürür.

Fəhlə oğlanın sevdiyi qızın bahalı zinət əşyalarına, dəbdəbəli binalara baxışı ilə insanlar arasında fərqliliyi göstərilir. Bəlkə də bu ssenari o qədər təzə bir söz demir. Amma aktyorların özünəməxsus oyun tərzi tamaşaçını düşünməyə vadar edir. Tikinti sahəsində lentə alınan filmdə baş qəhrəmanlardan birini həmin tikilən binada çalışan kran ustalarından biri canlandırır.

 

Güclü rejissor, yoxsa mahir aktyor oyunu?

 

Anar AbbasovunQonşu qadınfilmi melodram janrındadır. Filmin adı fransız rejissoru Fransua Trüffonun ekranlaşdırdığı, Fanni Ardant Jerar Depardyenin baş rol aldığı məşhur ekran əsərinin adından götürülüb.

Film sadə, yorucu olmayan kadrlardan ibarətdir. Ekranda yığcam kadrlar bir-birini əvəzlədikcə tamaşaçı sanki bir şeiri misra-misra oxuyur. Əsas rolları Əməkdar artist Gülzar Qurbanova son illərdə rejissor Elxan Cəfərovun tapıntısı kimi kino aləmdə öz oyunu ilə seçilən Cavanşir Hadıyev canlandırıb.

Əri ilə problemi olan kişilərə nifrət hissi ilə yanaşan qadın ailəli olsa başqa bir evdə tək yaşayan kişi. Köhnə Bakı həyətlərində bir qonşu o birinin evində baş verən hadisələri öz evinin içindəki kimi eşidə bilir. Bütün bu yaxınlığın da səbəbkarı bəlkə divarların belə nazik olmasıdır. Rejissor bizə tanış əhvalat danışır. İki qonşu arasındakı dava-dalaş tədricən soyuyur az da olsa, sevgi işartıları görünməyə başlayır. Tamaşaçı isə səbirsizliklə sonluğu gözləyir. Qəfildən qadının əri qayıdır onlar barışırlar.

Filmdə incə yumor da yer alıb. Zalda əyləşən tamaşaçının filmi səmimi seyr etməsi, ekranda baş verənlərə açıq-aşkar münasibət bildirməsi sübut edirdi ki, aktyor oyunu təsirli alınıb. Gülzar Qurbanovanın mükəmməl oyunu tamaşaçını səmimi olmağa, bir anlığa özünü kadrda görməyə sövq edir. Bu, rejissorun göstərişi deyil, təbii bir oyundur aktrisa yaratdığı obrazı daxilən duya bildiyindən bu hiss tərəf-müqabilinin obrazına da sirayət edir. O, qadının anbaan dəyişən əhvalını, psixoloji yaşantılarını rəvan vücud dili ilə mübaliğəyə yol vermədən oynayır.

Rejissor isə sanki kənardan bütün bu baş verənləri seyr edir. Bu isə gənc rejissorun istedad təcrübəsinin göstəricisidir. Cavanşir Hadıyevin oyunu da özünəməxsusdur. Ekranda lirik eyni zamanda qəhrəman döyüşçü obrazları ilə yaddaqalan aktyor bu dəfə öz maneralarını işə salır. Mimikalar, obrazın daxili aləmi onun üçün başlıca məqsəddir. Qonşu qadında rejissor aktyor tandemi filmdə müsbət həllini tapıb.

 

Müasir gənclik problemlər

 

Rüfət HəsənovunKədərimfilmi milli kinomuzda, demək olar ki, az rast gəlinən çox ciddi aktual bir problemə - müasir gəncliyin həyat tərzinə toxunur. Bu filmə dünya kinosunda rejissorlar C.KassavetesinKölgələr”, Toni Riçardsonun “Bal dadıfilmlərinin Azərbaycan variantı da demək olar.

Filmdəki obrazları musiqiçilər yaradıblar. Onlar həyatda olduğu kimi, kinolentdə öz talelərini oynayırlar. Musiqi ilə məşğul olan gənc oğlanın həyatından bəhs edən filmdə nəsillərin dünyagörüşü, həyat tərzi toqquşur. Ailə, milli dəyərlər, adətlər yaşam tərzində münasibətlərdə gərginlik yaradır. Gənc musiqiçinin fərqli həyat tərzi ailəsi, ətrafındakı insanlar tərəfindən müsbət qarşılanmır.

Sənədli filmə bənzəyən kadrlarda gənclərin müxtəlif mühit təbəqələri təqdim edilir. Uğur, pul qazanmaq istəyən gəncliyin həyatı eyni zamanda düşüncə həyat tərzləri əks olunur. Filmin qəhrəmanı üsyankarlığını sona kimi davam etdirə bilmir, inandığı dəyərlər uğrunda mübarizə aparmır, sonda ailəsinə qayıdır, durumu ilə barışır, ailə ənənələrinə məğlub olur.

Film kinomuzda yeni yanaşmadır. Bəlkə elə bu səbəbdən tamaşaçılar arasında onu bəyənənlərin bəyənməyənlərin sayı təxminən eynilik təşkil edirdi.

 

Qarışıq küçələr...

 

Bir tamaşaçı kimi kinoalmanaxda ən çox bəyəndiyim rejissor Cəfər AxundzadəninDmitrov küçəsi 86” adlı film oldu. Bu dram vacib bir mövzunu, müharibənin vurduğu mənəvi yaraları görkəmini dəyişən şəhərin problemlərini əks etdirir.

Uzun müddət evdən bayıra çıxmayan qadın dəyişən şəhəri tanıya bilmir, xatirələrini, gəncliyini axtarır. Rejissor gənc olmasına baxmayaraq, hətta nostalji hisslərə qapılaraq şəhərin bu qədər dəyişilməsini vaxtilə Arif Babayevin lentə aldığıGün keçdifilmindən bir kadrla birləşdirir bununla da öz niyyətini tamaşaçıya aydın çatdıra bilir.

Filmdə Əməkdar artist Zemfira Sadıqova, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov gənc aktyor Əlibəy Məmmədlinin oyununu da xüsusi qeyd etmək lazımdır. Yeniləşən şəhər, acı xatirələr. Müharibədə oğlunu itirmiş ana neçə illərdir evdən bayıra çıxmır. Səbəb isə onun oğlunun ölümündən xəbərsiz olması bir gün oğlum qayıdar, evdə heç kim olmaz, qapı bağlı olar qorxusu.

Kinolentdə insan laqeydliyi, dövrün, zamanın problemləri, öz şəhərinin tarixini bilməyən gənclik kimi mövzular ana xətt kimi keçir. Yolu itirən qadın Dmitrov küçəsi 86-nı axtarır ona rast gələn gənc oğlan isə bütün şəhəri axtarıb həmin küçəni tapa bilmir. Əslində isə həmin küçə elə oğlanın yaşadığı indiki Şəmsi Bədəlbəyli 86 ünvanıdır. Deməli, hər iki insan eyni şəhərin sakini olmaqla yanaşı, həm bir-birindən xəbərsiz qonşulardır...

 

Amerika filmlərini xatırladan səhnələr

 

Rejissor Vüqar İslamzadəninZabitin şərəfifilmi ilklər sırasındadır. Xromakeydə çəkilən ilk film. Rejissor ilk dəfə bu üsulla belə bir filmi ekrana gətirir.Xromakeymonoxram boyalı fonda yerləşən obyekt ya bir tərkibdə birləşən texnologiyalar anlamını verir. Yaxud da belə desək, iki çox təsvirin ya kadrların birləşdirilməsi texnologiyası, televiziyada müasir rəqəmsal kino istehsalı texnologiyasında istifadə olunan rəng riproyeksiyası. Çəkilişlər zamanı obyekt birtonlu rəng fonuna yerləşdirilir.

Film kompüter qrafikası ilə ekranlaşdırılıb. Burada 80-ci illərin Amerika filmlərini xatırladan səhnələr boldur. Satqın polis cinayətkar dəstəyə kömək edir, digər polis isə onların dərsini verir. Filmdə postmodern əhval-ruhiyyə duyulur.

* * *

Artıq kinoalmanax layihəsinin 2-ci hissəsi lentə alınır. Bundan əlavə, “Debütstudiyası beş gənc rejissorun filmlərindən ibarətBakı gecələriadlı layihəni sentyabr ayında təqdim edəcək. Bu isə ölkədə fəaliyyət göstərən gənc kino mütəxəssisləri arasında rəqabət mühitinin yaranması deməkdir. Sağlam rəqabət isə keyfiyyətin olacağından xəbər verir.

 

Lalə Hüseyn

 

Mədəniyyət.- 2015.- 28 avqust.- S. 11.