Bişkekdə Beynəlxalq Türk Akademiyasının təqdimatı

 

Avqustun 28-də Bişkekdə Qırğızıstanın və Qazaxıstanın dövlət nümayəndələrinin, ictimaiyyət təmsilçiləri və ziyalıların iştirakı ilə Beynəlxalq Türk Akademiyasının (BTA) təqdimat mərasimi keçiriləcək. Qeyd edək ki, bu tədbir həm də qazax xanlığının qurulmasının 550-ci ildönümü münasibətilə təşkil olunur.

Beynəlxalq Türk Akademiyası Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstan dövlətləri tərəfindən 2012-ci ildə təsis edilib, Astana şəhərində yerləşir. Bundan əvvəl BTA-nın təqdimatı Türkiyənin paytaxtı Ankarada keçirilmişdi.

Bişkekdə Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti A.Erkebayevin iştirakı ilə baş tutacaq tədbirdə Qazax xanlığının tarixi və qırğız-qazax əlaqələri, mədəni ortaqlıq haqqında çıxışlar ediləcək.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 28 avqust.- S. 4.