Muzey işi, bərpa və konservasiya sahəsində əməkdaşlıq

 

Ötən il Niderlandın Mədəniyyətin İnventarlaşdirma Fondu (SCİ) ilə Azərbaycan Milli İncəsənət MuzeyiMuzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi arasında muzey işi, muzey əşyalarının bərpası və konservasiyası sahəsində əməkdaşlığın əsası qoyulmuşdu.

Əməkdaşlığın davamı olaraq Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova sözügedən fondun rəhbəri Lia Gorterin dəvəti ilə bu yaxınlarda Niderlanda səfər edib. Səfərin məqsədi Niderlandın aparıcı bərpa emalatxana və studiyalarının bu sahədə əldə etdikləri elmi nailiyyətlərlə tanış olmaq, əməkdaşlığı daha da genişləndirmək idi.

Mərkəzin direktoru Maastrixtdə SRAL bərpa studiyası və Bonnefanten Muzeyinin kolleksiyası, Xarlemdə Frans Halsin muzeyində bərpa işləri, Teyler muzeyinin, Amsterdamda Reyks muzeyinin bərpa studiyalarının fəaliyyəti, təcrübəsi ilə yaxından tanış olub, ekspert və mütəxəssislərlə, Niderlandın Təhsil, Elm və Mədəniyyət Nazirliyinin Mədəni irsin mühafizəsi şöbəsinin müdiri Bart Ankerşmit ilə görüşlər keçirib. Görüşlər zamanı ekspertlər əməkdaşlığı davam etdirmək arzularını vurğulayaraq, Azərbaycanın bərpaçıları və digər muzey mütəxəssisləri ilə təcrübə mübadiləsi və müştərək layihələrin həyata keçirilməsini təklif ediblər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 13.