"Vətənə bağışlanan həyat" sənədli filminin nümayişi

 

Xəbər verdiyimiz kimi, 26-30 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Vətənpərvərlik kinosu günləri” keçirilib. Kino günləri çərçivəsində Qobustan qəsəbəsindəki Aşıq Rza adına Mədəniyyət evində Milli Qəhrəman Yusif Əliyevin xatirəsinə həsr olunmuş "Vətənə bağışlanan həyat" sənədli filminin təqdimatı olub. Milli Qəhrəmanın ailə üzvlərinin, rayon rəsmilərinin də qatıldığı tədbirdə qəsəbədəki Yusif Əliyev adına 195 saylı orta məktəbin şagirdləri xüsusi kompozisiya təqdim ediblər.

Sonda “Yaddaş” studiyasında çəkilmiş film nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 12.