Türk epos mədəniyyəti”

 

“Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş elmi-nəzəri konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında” sərəncamına əsasən təşkil edilib.

 

Universitetin rektoru, professor Fərəh Əliyeva konfransı açaraq müstəqillik tariximizin mühüm ədəbi hadisəsi olan “Kitabi-Dədə Qorqudeposunun 1300 illik yubileyinin 2000-ci ildə UNESCO səviyyəsində təntənə ilə qeyd edilməsindən, ümummilli lider Heydər Əliyevin klassik irsə münasibətindən danışıb. Bildirilib ki, dastan milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyətə malikdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qeyd edib ki, tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqudonun çevrəsindəki mifolojitarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən Qorqud yüzilliklərin dərinliklərindən gələn müdriklik, ulusu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır.

Folklorşünas alim, professor Qəzənfər Paşayev, universitetin professoru, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Aybəniz Əliyeva-Kəngərli, Əməkdar incəsənət xadimi, dosent Kamilə Dadaşzadə, professor Tərlan Quliyev və başqalarının çıxışları dinlənilib.

Konfrans “Kitabi-Dədə Qorqud” və milli musiqimiz”, “Kitabi-Dədə Qorqud” və müasir filoloji fikir”, “Kitabi-Dədə Qorqud” və Azərbaycanda kulturoloji düşüncə” və “Teatrkinoda “Dədə Qorqud” motivləri” adlı bölmə iclasları ilə davam edib.

Universitetin tələbələrinin ifasında saz havaları təqdim olunub. Kitabi-Dədə Qorquddastanının tədqiqinə dair videoçarxlar kitab sərgisi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 6.