Söz abidəmiz haqqında informasiya günü və nağıl saatı

 

Neftçala rayon Mərkəzi kitabxanasının xidmət şöbəsi Elton Həbibov adına 4 saylı orta məktəbdə “Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar "Xalqımızın söz abidəsi" adlı informasiya günü keçirib.

Tədbirdə çıxış edən xidmət şöbəsinin müdiri F.Məmmədova dastan haqqında ətraflı məlumat verib. Çıxışlarda dastanın aşıladığı əxlaqi-mənəvi dəyərlərdən söz açılıb. Tədbir iştirakçıları sonda "Gəlin, mütaliə edək" başlıqlı kitab sərgisinə baxıblar.

* * *

Neftçala rayon Mərkəzi kitabxanasının uşaq şöbəsindəki “Nağıl otağı”nda isə növbəti nağıl saatı təşkil olunub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova da iştirak edib. O, tədbirin gedişindən və “Nağıl otağı”nda yaradılan şəraitdən razılığını bildirib.

Şəhər 3 saylı uşaq bağçası, körpələr evinin balacaları cizgi filmi izləyib, bir-birindən maraqlı rəsmlər çəkiblər.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 15.