Rənglərin dili ilə

Rəssamlıq elə bir sənət növüdür ki, burada yalnız rənglər və hisslər danışır. Rəsm əsərinə baxdıqda müəllifin qəlbindən nələr keçdiyini duyur, daxili aləmini fəth edirsən.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında yerli rəssamların, eləcə də tanınmış Azərbaycan sənətkarlarının hədiyyə etdikləri əsərlər sərgilənir. Müxtəlif mövzulu rəsm əsərləri rəng seçiminə, yüksək sənətkarlıq keyfiyyətlərinə görə hər kəsin zövqünü oxşayır. Ekspozisiyada Qəbələ məktəblilərinin də əl işləri geniş yer tutur.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 11.