Sənətkarla görüş

 

Zaqatala rayon Çobankol kənd mədəniyyət evinin təşkilatçılığı ilə kəndin sənətkarı Yusif Əbdilov ilə onun dülgərlik emalatxanasında görüş keçirilib. Gənclərdə peşə vərdişlərini aşılamaq, onları müxtəlif peşə sahələrinə istiqamətləndirmək məqsədilə təşkil olunan görüşdə peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etməsindən söz açılıb və sənətkar dülgərlik peşəsinin sirlərindən bəhs edib. Qeyd olunub ki, gənclərin peşəyə istiqamətləndirilməsində ailə ilə bərabər orta məktəbin, digər tədris ocaqlarının, ictimaiyyətin də yaxından iştirakı vacibdir.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 5.