Bakı Musiqi Akademiyasında konsertlər

 

Dekabrın 1-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Detaşe” skripkaçılar ansamblının konserti olub. Ansamblın bədii rəhbəri Xalq artisti, professor Zəhra Quliyeva, solist, akademiyanın IV kurs tələbəsi Nəsrin Mustafayeva, konsertmeyster Səbinə Muradovadır. Proqramda G.Hendel, İ.Bax, S.Raxmaninov, N.Rubinşteyn, A.Əlizadə, K.Qardelin, T.Quliyev və başqalarının əsərləri ifa olunub.

Dekabrın 9-da isə Bakı Musiqi Akademiyasında professor Ülviyyə Hacıbəyovanın sinfinin fortepiano duetinin konserti keçiriləcək. Konsertdə beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Vurğun Vəkilov, Atabala Manafzadə, Lalə Məhərrəmova və Arzu Əsgərlinin ifasında V.A.Motsart, P.İ.Çaykovski, D.Miyo, S.Raxmaninov, D.Şostakoviç və Q.Qarayevin əsərləri ifa olunacaq.

 

Mədəniyyət.- 2015.-  4 dekabr.- S. 5.