Göygöldə Qədir Rüstəmovun 80 illik yubileyi ilə bağlı tədbir

 

Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətova, ziyalılar, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şöbə müdiri Şərqiyyə Hümbətova tədbiri giriş sözü ilə açaraq xanəndə haqqında məlumat verib. Sonra xanəndənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib. Xanəndənin yaxın dostu olmuş Gəncə Dövlət Universitetinin müəllimi Etibar Allahverdiyev Qədir Rüstəmov haqqında xatirələrini bölüşüb.

Yazıçı-publisist Qərib Mehdi xanəndə haqqında esselərin də yer aldığı kitabını Mədəniyyət və Turizm Şöbəsinə hədiyyə edib.

Tədbirdə Mədəniyyət Mərkəzinin “Nərgiz” xalq kollektivi, "Bahar" rəqs qrupu çıxış edib, dram dərnəyi üzlərinin ifasında xanəndəyə həsr edilmiş şeirlər səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 2.