“Ulu bir sərkərdə, ulu bir öndər”

 

Dekabrın 3-də Sabirabad rayon MKS-nin Qalaqayın kənd kitabxanasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirilib.

MKS-nin direktoru Eldar Urufov, kitabxanaçı Məlahət Nağıyeva, Qalaqayın orta məktəbinin direktor müavini Vüqar Fərzəliyev, kənd icra nümayəndəsi İsrafil Aslanov ümummilli liderin həyat və fəaliyyəti, dövlətçilik yolu və Azərbaycan xalqı qarşısında tarixi xidmətləri haqqında söz açıblar. Məktəbin şagirdi Ramilə Aslanlı ulu öndərə həsr olunmuş şeirlərdən parçalar söyləyib.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 15.