Bərdənin kənd folklor kollektivinin konserti

 

Bərdə rayonunun “Otuzikilər” kənd folklor klubunda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı keçirilib. Klubun müdiri Dilbər Qasımovanın verdiyi məlumata görə, tamaşaçılar kollektivin rəngarəng çıxışını maraqla izləyiblər. Konsertdə xalqımızın yaddaşından süzülüb gələn qədim folklor nümunələri mahnılar, bayatılar səsləndirilib, qədim xalq oyunları nümayiş olunub.

Bir ildir fəaliyyət göstərən “Otuzikilər” kənd folklor kollektivinin 16 üzvü var.

 

Mədəniyyət.- 2015.-9 oktyabr.- S. 15.