Görkəmli bəstəkarın 80 illiyi qeyd olunub

 

Dekabrın 2-də Quba uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun 80 illiyinə həsr edilmiş tədbir keçirilib.

Məktəbin direktoru İlqar Məmmədov, məktəbin müəllimi Ülkər Məmmədova bəstəkarın həyat və yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, Vasif Adıgözəlovun mahnılarından irihəcmli simfonik əsərlərədək bütün yaradıcılıq nümunələri yüksək peşəkarlıq səviyyəsi və orijinallığı ilə seçilir.

Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam etdirilib. Konsertdə bəstəkarın “Bakı”, “Naz-naz” mahnıları, “Qərənfil”, “Lirik melodiya”, “Lay-lay” və “Oyun” əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 15.