“GoMap” elektron xəritə portalının yeni versiyası hazırlanır

 

“Sinam” informasiya texnologiyaları şirkəti “GoMap” layihəsi çərçivəsində portalın yeni versiyasını hazırlayır.

Şirkətdən verilən məlumata görə, yeni versiya sadə interfeysi və funksionallıqları ilə hər bir istifadəçinin diqqətini cəlb edəcək. Portalın yenilənməsində istifadəçilər də iştirak edə bilərlər. Bunun üçün hazırlanan portalın beta versiyasına daxil olub fikir və rəylər bildirmək yetərlidir. Qeyd edək ki, “GoMap.az” layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Sinam” şirkəti tərəfindən icra olunur.

“GoMap” elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardandır. Xəritəyə marşrutun hamarlanması funksiyası, tarix və mədəniyyət abidələrinin fotoları və təsvirləri daxildir.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 9.