Rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən uşaq incəsənət məktəbləri, mədəniyyət mərkəzləri və digər müəssisələrin rəqs kollektivlərinin ikinci respublika müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi respublikada rəqs sənətinin inkişaf etdirilməsi, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar inkişafının istiqamətləndirilməsidir.

Müsabiqədə iştirak edən rəqs kollektivlərinin tərkibi 8-16 nəfər, iştirakçıların yaş həddi 7-16 arasında müəyyənləşdirilib. İştirakçılar Azərbaycan xalq rəqslərini, həmçinin müasir və dünya xalqlarının rəqslərini təqdim ediblər. Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, müsabiqə qaliblərinin yekun konserti dekabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 6.