“Bir əlində qılınc, birində qələm”

 

Dekabrın 4-də Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada böyük dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətaiyə həsr olunmuş “Bir əlində qılınc, birində qələm” adlı biblioqrafik göstəricinin təqdimatı keçirilib.

Kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tərtibçisi olduğu biblioqrafik vəsait haqqında ətraflı məlumat verib. Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə elmləri doktoru Aydın Məmmədov və Sumqayıt Dövlət Universitetinin müəlliməsi Şəhla Əhmədova Xətainin mütərəqqi ideyaları və bədii yaradıcılığından söz açıblar.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 6.