Milli Kitabxanada ALİSA treninqləri başa çatıb

 

Azərbaycan Milli Kitabxanasında “ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” mövzusunda təşkil edilən treninqlər başa çatıb. “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində təşkil olunan treninqin son qrup dinləyicilərinə sertifikatlar təqdim olunub. Treninq Milli Kitabxananın və ALİSA proqramını hazırlayan “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparılıb.

Tədbirdə paytaxtın Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 2.