“Lənkəran payızı” folklor festivalı

 

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 3-cü “Lənkəran payızı” folklor festivalı keçirilib. Festival 2013-cü ildən ənənəvi olaraq təşkil edilir.

Mədəniyyət mərkəzində keçirilən tədbirdə çıxış edən Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli folklor festivalının məqsədindən, ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Festivalda Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əhatə dairəsində olan klub müəssisələrində çalışan ifaçılar, “Nənələr”, “Vənəvşə” rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış edib. İştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Festivalın əsas məqsədi klublarda bu sahədə işin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, milli folklorumuza marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılmasıdır.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.-  S. 8.