Mədəniyyətimizin bütün sahələri onun qayğısından bəhrələnib

 

Dekabrın 7-də Azərbaycan Milli Konservatoriyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Milli Məclisin deputatları Fəttah Heydərov, Elmira Axundova çıxış edərək ümummilli liderin tarixi xidmətlərindən söz açıblar.

Bildirilib ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün əlindən gələni əsirgəmirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, təsviri sənətimiz də bugünkü inkişafında ulu öndərin dəyərli ideyalarından bəhrələnib. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb.

Diqqətə çatdırılıb ki, böyük rəhbər mədəniyyətimizi inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onlara daim diqqət və qayğı ilə yanaşırdı. Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün onun adını daşıyan fondun böyük xidmətləri var.

Tədbirdə bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu” simfonik poemasının film versiyası nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 7.