Bursada ulu öndərin xatirəsi yad olunub

 

Abşeron Rayon İcra Hakimiyyəti ilə Bursa Bələdiyyəsi ilə arasında 2008-ci ildə bağlanan “Qardaş şəhərlər" haqqında razılaşmaya əsasən, qarşılıqlı əlaqələr inkişaf edir. Bursada salınan Heydər Əliyev Parkı şəhərin ən böyük istirahət məkanlarından biridir.

Dekabrın 9-da Abşeron rayonunun nümayəndə heyətinin iştirakı ilə Bursada ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə azərbaycanlı diasporunun təmsilçiləri, tələbələr qatılıblar.

Nümayəndə heyəti Uludağın ətəyində yerləşən Heydər Əliyev Parkını ziyarət edərək, ulu öndərin abidəsi önünə əklil qoyub.

Tədbirdə çıxış edən Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov bildirib ki, gündən günə qüdrətini artıran Azərbaycan ulu öndərin şah əsəridir. Bursa Yıldırım Bələdiyyəsinin mədəniyyət işləri üzrə şöbə müdiri Temel Turabi türk dünyasının böyük oğlu Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafında misilsiz xidmətlərini qeyd edib.

Diaspor nümayəndələri, azərbaycanlı gənclər dahi şəxsiyyətin Azərbaycanda dövlətçiliyin inkişafı, ölkə həyatının müxtəlif sahələrində gördüyü işlər haqqında danışıblar.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 7.