Tanınmış cazmen Afinada festivalda çıxış edib

 

Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinov Yunanıstanın paytaxtı Afinada keçirilən “5th Greek Jazz Panorama” festivalında çıxış edib. Cazmen konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərlərini və Azərbaycan xalq mahnılarını caz aranjimanında ifa edib. Elçin Şirinovu udda Alekos Vretos, kontrabasda Dimitris Christopoulos, zərb alətlərində isə Dimitris Klonis müşayiət edib.

Azərbaycan musiqisi və caz ənənəsi yunan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S.  16.