Sumqayıtda gənc vokalçıların müsabiqəsi

 

Dekabrın 14-də Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin konsert zalında şəhər yeniyetmələri vokal müsabiqəsinə qatılıblar. Tədbir Prezident yanında Gənclər Fondunun maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsi” layihəsi çərçivəsində reallaşıb.

Müsabiqədə sumqayıtlı 50 gənc vokalçı iştirak edib. Yarış iki mərhələdən ibarət olub. 15 iştirakçı II mərhələyə keçib. Münsiflərin qərarına görə, bu mərhələdə Mirməhəmməd Adıgözəlli, Riyad Cəbrayılov, Murad Abdalov, Zeynəb Aslanova, Rəvan Alməmmədli - ümumilikdə 10 nəfər gənc vokalçı fərqlənib. Onlar yanvarın 16-da Bakıda keçiriləcək qala-konsertdə iştirak edəcəklər.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 8.