“Musiqidə əbədiləşən ömür”

 

Gəncə şəhər Mərkəzi kitabxanasının musiqi - not fonoteka şöbəsində görkəmli müğənni Rəşid Behbudovun 100 illiyi ilə əlaqədar “Musiqidə əbədiləşən ömür” başlıqlı sərgi təşkil olunub. Sərgidə dünya şöhrətli müğənni haqqında yazılmış kitablar, musiqi valları, CD albomlar, dövri mətbuatda dərc olunmuş məqalələr nümayiş etdirilib. Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova sərgi barədə tədbir iştirakçılarına məlumat verib.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 6.