Müasir mədəni menecment: gənclərin rolu

 

Sumqayıtda zona seminar-müşavirəsi

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəMüasir mədəni menecment: gənclərin roluadlı seminar-müşavirə keçirilib. Sumqayıt şəhər, Abşeron, Siyəzən, Qubadlı rayonlarının mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların qatıldığı tədbir mədəniyyət işçilərinin nəzəri hazırlıq səviyyəsinin artırılması, sistemdə yaradıcı mühitin dəstəklənməsi, mədəniyyət sahəsində effektiv idarəetmənin yüksəldilməsi, müəssisələrarası sıx işgüzar əlaqələrin təmin olunması məqsədilə təşkil edilib.

Nazirliyin Elm, təhsil gənclərlə şöbəsinin məsləhətçisi Cavid Əliyev seminarı açaraq son dövrlərdə həyata keçirilən mədəni tədbirlər barədə məlumat verib. Azərbaycan Turizm Menecment Universitetinin ictimai fənlər kafedrasının müəllimi Vüsalə Məmmədzadə mədəni menecment sahəsində gənclərin fəaliyyətinin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. Universitetin menecment kafedrasının müəllimi Elməddin Hacıyev kütləvi tədbirlərin təşkili idarə olunması sahəsində fikir mübadiləsi aparıb gənclərin rolunu xüsusi vurğulayıb.

Tədbir sual-cavab formatında davam edib. Mədəniyyət müəssisələrinin əməkdaşları maraqlı fikirlərlə çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 10.