Hollivud ulduzu Stiven Siqal Bakıda konsert verib

 

Məşhur Hollivud ulduzu Stiven Siqal dekabrın 16-da ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Stiven Siqal onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib.

 

Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəniNatiqritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib.

Qeyd edək ki, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi məşhurdur. Hətta o, musiqi ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa başlayıb. 12 yaşından gitarada ifa edir əsasən blüz janrına üstünlük verir. Məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun KlarensQeytmautilə birgə çıxış edib.

2005-ci ildə işıq üzü görən, blüz, pop, rok kimi janrları birləşdirən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olub. 2006-cı ildə daha bir musiqi albomu - “Mojo Priest” təqdim olunub musiqişünaslar tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılıb.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1988-ci ildəQanundan yüksəkdəadlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyorMühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında digər filmlərdə rol alıb. Həmçinin prodüser kimi tanınır, filmlərdə döyüş səhnələrinə quruluş verir.

Bu ilin sentyabrında Bakıya gələn Stiven Siqal Heydər Əliyev Mərkəzinin “Auditorium” zalına heyran qalmış burada konsert vermək arzusunu bildirmişdi.

Bir saatdan artıq davam edən konsert boyu ifaçının auditoriya ilə ünsiyyət qurması tamaşaçılara unudulmaz anlar bəxş edib. Konsertdən sonra təəssüratlarını jurnalistlərlə bölüşüb. O, “Natiqritm qrupunun onunla birgə çıxış etməsini şəxsən istədiyini deyib qrupu yüksək qiymətləndirib.

Hollivud ulduzu dekabrın 17-də Heydər Əliyev Mərkəzində daha bir konsertlə çıxış edib.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S.- 8.