Füzuli teatrından "Qış möcüzəsi”

 

Füzuli Dövlət Dram Teatrı Yeni il bayramı münasibətilə hazırladığı "Qış möcüzəsi” adlı proqramı dekabrın 15-dən rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, həmçinin teatr binasında ictimaiyyətə təqdim edir.

Şənliyin ssenari müəllifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.

Şənlikdə aktyorlar Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, İntizar Quliyeva, Sevinc Məmmədova, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, Əsmər İbrahimova və başqaları çıxış edir.

Proqram yanvar ayının 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 6.