Sumqayıtda Cəmşid Naxçıvanskinin yubiley tədbiri

 

Dekabrın 17-də Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olunub. Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, tədbirdə görkəmli sərkərdənin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Sonra konsert proqramı təqdim olunub.

Məktəbin fortepiano, nağaraçalanlar, skripkaçılar ansambllarının, rəqs və xor kollektivlərinin uğurlu çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 2.