Tarixi gerçəklər və erməni yalanları

 

Türkiyədə keçirilən beynəlxalq simpoziumda ölkəmiz də təmsil olunub

 

Dekabrın 18-20-də Türkiyənin Samsun şəhərində “Tarixdə ermənilər və erməni məsələsi” adlı III Beynəlxalq İlkadım Simpoziumu keçirilib. Samsunun İlkadım bələdiyyəsinin təşkil etdiyi tədbirin məqsədi erməni yalanlarını, soyqırımı iddialarını ifşa etmək, tarixi həqiqətləri dünyaya çatdırmaqdır. Simpoziuma müxtəlif ölkələrdən 80-dək araşdırmaçı, tarixçi, yazar qatılmışdı.

 

Açılış mərasimində çıxış edən İlkadım bələdiyyəsinin başqanı Ərdoğan Tok yüz il öncə, I Dünya müharibəsi zamanı yaşanan hadisələrə diqqət çəkdi. Vurğuladı ki, o zaman Rusiyaböyük güclərin dəstəyini alan erməni təşkilatları, silahlı dəstələri Osmanlı ordusunu kürəyindən xəncərlə vurdular. Sonra isə bu çatışmanı qondarma “soyqırımı” kimi dünyaya yaymağa başladılar: “Məqsədimiz tarixi gerçəkləri bir daha diqqətə alıb, bizi qayğılandıran, baş ağrımıza çevrilən “erməni məsələsi”ni köklüelmi şəkildə çözməkdir”.

Qeyd edək ki, ölkəmiz simpoziumda bir qrup alim və araşdırmaçı-yazar ilə təmsil olunub. Filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov “Azərbaycanda türk və müsəlmanların soyqırımı”, filologiya üzrə elmlər doktoru, professor Nizami Məmmədov “Əcnəbi müəlliflər ermənilər haqqında”, filologiya üzrə fəlsəfə doktoru Nailə Əsgər “Qars çevrəsindəki rus idarəçiliyi və erməni zülmü”, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Mehdiyev “Erməni mətbuatında I Dünya savaşı öncəsi və sonrası erməni təşkilatlarının Osmanlı dövlətinə qarşı savaş hazırlıqları”, dosent Cavid Qasımov “V.VeliçkonunQafqaz” əsərində erməni məsələsinə baxış”, araşdırmaçı Əli Şamil “Qafqazdakı Qriqorian türklərin erməniləşməsində imperialist güclərin rolu”, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli “Qafqazda erməniləri kökü və məskunlaşma tarixi” mövzularında məruzələrlə çıxış etdilər. Bu sətirlərin müəllifi də “Azərbaycan rəssamlığında erməni vəhşiliyinin ifşası” mövzusunda çıxış etdi. Məruzə zamanı rəssamlarımızın erməni vəhşiliyini ifşa edən 100-ə yaxın əsəri nümayiş olundu, onlar haqqında iştirakçılara geniş bilgi verildi.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 12.