Lənkəran teatrındaİlan Sultan”ın premyerası

 

Lənkəran Dövlət Dram Teatrında iranlı yazıçı Bəhram Beyzayininİlan Sultan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Teatrın direktoru Tofiq Heydərov bildirib ki, iki gəncin saf məhəbbətindən, keşməkeşli həyat hadisələrdən bəhs edən əsər iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda təqdim olunub.

Tamaşanın baş məsləhətçisi Atabəy Naderi, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı İlqar Əliyevdir. Rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Sayad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Əlibala Əsgərov, Emil Rzayev digərləri ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 8.