Xalq yazıçısının Türkiyədə yeni kitabı nəşr olunub

 

Xalq yazıçısı Elçin əsərləri Türkiyədə ən çox nəşr olunan müasir dünya yazıçılarından biridir. Onun həm roman, povest və hekayələri, həm də pyesləri qardaş ölkədə dəfələrlə nəşr olunub, bir çox şəhər teatrlarında tamaşaya qoyulub.

Bugünlərdə Türkiyənin ən nüfuzlu nəşriyyatlarından biri olan Ötüken yazıçının Kölgə adlı yeni kitabını nəşr edib. Kitaba müəllifin məşhur BayraqdarKaşeyin taleyi povestləri, eləcə də son illərdə yazdığı hekayələri daxil edilib.

Nəşriyyat bu əsərlər haqqında yazır: Elçin digər hekayə və romanlarında olduğu kimi, insanları yalnız təsvir edildikləri anlarda deyil, onların bütün varlıqlarını göstərməyi bacaran yazıçıdır.

Kitabda müəllifin geniş bioqrafiyası da verilib. Kölgə Elçinin Türkiyədə nəşr olunan iyirmi dördüncü kitabıdır.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 5.