“Günəştək doğulanlar

 

Göyçay rayon Rəsul Rza adına Mədəniyyət mərkəzində Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “Günəştək doğulanlar” adlı tədbir keçirilib.

Tədbirdə rayon ziyalıları, mədəniyyət və təhsil işçiləri, məktəblilər iştirak ediblər. Əvvəlcə iştirakçılar MKS-nin təşkil etdiyi sərgiyə baxıblar.

Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin aparıcı məsləhətçisi Nəriman Məlikov, filoloq, şair Adil Məmməd çıxış edərək Bəxtiyar Vahabzadənin poeziyamıza bəxş etdiyi əsrarəngiz şeirlər dünyasının gözəlliklərindən, şairin ictimai xadim kimi fəaliyyətindən, həyat və yaradıcılığından danışıblar.

Tədbir Göyçay Xalq teatrının və “Umid 2” ansamblının hazırladığı kompozisiya ilə başa çatıb. Sonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 2.